|
04.02.2010 |
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında
vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün
müsabiqə elan edir
Müsabiqədə iştirak etmək üçün sənədlərin qəbulu 5 fevral 2010-cu il tarixdən 9 mart 2010-cu il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) tərəfindən aparılır. Sənədlər şəxsən (bazar ertəsi–cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər. Ətraflı buradan tanış ola bilərsiniz.
|