|
Komissiya imtahan nəzarətçisi və sənəd qəbulu üzrə mütəxəssis vəzifələrinə müddətli əmək müqaviləsi əsasında işə qəbul elan edir |
|
|
|
19.01.2010 |
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya imtahan nəzarətçisi və sənəd qəbulu üzrə mütəxəssis vəzifələrinə müddətli əmək müqaviləsi əsasında işə qəbul elan edir.
Sənəd qəbulu 19 yanvar 2010-cu il tarixdən 29 yanvar 2010-cu il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) tərəfindən aparılır.
- İmtahan nəzarətçisi
- İş yerinin ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi,874-cü
məhəllə
- Qulluq funksiyaları:
- namizədlərin şəxsiyyətini təsdiq edən sənədin yoxlanması, onların qeydiyyatdan keçməsini
təmin edərək, siyahı üzrə imtahan zalında yerləşdirilməsi;
- namizədlərin qaydalar üzrə hüquq və vəzifələri, həmçinin müəyyən edilmiş qadağalar
haqqında məlumatlandırılması;
- namizədlər və digər şəxslər tərəfindən qaydalara və təlimatlara riayət edilməsinə
nəzarətin həyata keçirilməsi;
- namizədlər və digər şəxslər tərəfindən qaydalar və təlimatlar pozulduğu halda müvafiq
tədbirlərin görülməsi;
- nəzərdə tutulmuş hallarda imtahan rəhbərinin vəzifələrinin yerinə yetirilməsi;
- imtahan nəzarətçisi üçün nəzərdə tutulmuş qadağalara riayət edilməsi;
- zərurət olduqda təhlükəsizliyi təmin edən şəxslərin imtahan zalına dəvət edilməsi;
- namizədin imtahanı başa çatdırdıqdan sonra digər namizədlərə mane olmadan imtahanın
nəticəsinə dair arayış almasının və imtahan zalını tərk etməsinin təmin edilməsi;
- fors-major hallarda imtahan rəhbərinə məlumat verilməsi və bu halların aradan qaldırılması
üçün müvafiq tədbirlərin görülməsi;
- imtahan protokolunun tərtibində iştirak etmək və müvafiq qeydlər olduğu halda həmin
qeydlərin imtahan protokoluna daxil edilməsi üçün təqdim edilməsi;
- zərurət olduqda imtahanın nəticəsi ilə bağlı apellyasiya şikayətinə baxılması üçün
müvafiq məlumatların apellyasiya komissiyasına verilməsi;
- imtahan rəhbərinin göstərişlərinin yerinə yetirilməsi və s.
- Vəzifənin tutulması şərtləri:
- təhsil: ali;
- kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta-yüksək səviyyədə)
- xarici dil: rus dili (orta səviyyədə)
- Xüsusi qabiliyyətlərə dair tələblər:
- problem həlletmə və qərarvermə: problemlər qarşısında özünü itirməmək, problemin
səbəbini, kökünü təyin etmək, məlumatlar və faktlar əsasında düzgün mühakimə yürütmək,
onun həllinə obyektiv yanaşaraq həmin problemi həll etmək və düzgün qərar qəbul
etmək qabiliyyəti;
- təşkilatçılıq: ona tapşırılmış işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi
ilə əlaqədar özünün və tabeliyində olan ehtiyatları məqsədlərə doğru düzgün istiqamətləndirə
bilmək qabiliyyəti; şifahi və yazılı ünsiyyət: fikir, rəy və hissləri şifahi nitq,
yazışmalar və hərəkətlər vasitəsilə ifadə etmək qabiliyyəti;
- yaradıcılıq və təşəbbüskarlıq: məsələlərin həlli və icrası üçün yeni təkliflər vermək,
fikirlər irəli sürmək, onları həyata keçirə bilmək, gündəlik işlərdən əlavə işlər
görməyə təşəbbüs göstərmək qabiliyyəti.
Sənəd qəbulu üzrə mütəxəssis
- İş yerinin ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 874-cü məhəllə
- Qulluq funksiyaları:
- dövlət qulluğuna qəbul ilə əlaqədar vətəndaşlar tərəfindən təqdim edilmiş sənədlərin
qəbul edilməsi, yoxlanması və qeydiyyatının aparılması;
- dövlət qulluğuna qəbul ilə əlaqədar vətəndaşlardan daxil olan sənədlərin emalı,
sistemləşdirilməsi və həmin sənədlərin arxivə təhvil verilməsinədək onların idarə
edilməsi və mühafizəsinin təşkil edilməsi;
- sənəd qəbulu ilə əlaqədar mətnlərin elektron formada yığılması və sənəd qəbulunun
vəziyyəti barədə gündəlik arayışların tərtib edilməsi;
- rəhbərlik tərəfindən verilmiş digər göstərişlərin yerinə yetirilməsi.
- Vəzifənin tutulması şərtləri:
- təhsil: ali;
- kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta-yüksək
səviyyədə);
- xarici dil: rus dili (orta səviyyədə)
- Xüsusi qabiliyyətlərə dair tələblər:
- problem həlletmə və qərarvermə:
- problemlər qarşısında özünü itirməmək, problemin səbəbini, kökünü təyin etmək, məlumatlar
və faktlar əsasında düzgün mühakimə yürütmək, onun həllinə obyektiv yanaşaraq həmin
problemi həll etmək və düzgün qərar qəbul etmək qabiliyyəti;
- təşkilatçılıq: ona tapşırılmış işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi
ilə əlaqədar özünün və tabeliyində olan ehtiyatları məqsədlərə doğru düzgün istiqamətləndirə
bilmək qabiliyyəti;
- şifahi və yazılı ünsiyyət: fikir,rəy və hissləri şifahi nitq, yazışmalar və hərəkətlər
vasitəsilə ifadə etmək qabiliyyəti; yaradıcılıq və təşəbbüskarlıq: məsələlərin həlli
və icrası üçün yeni təkliflər vermək, fikirlər irəli sürmək, onları həyata keçirə
bilmək, gündəlik işlərdən əlavə işlər görməyə təşəbbüs göstərmək qabiliyyəti.
Maraqlanan şəxslər qeyd edilən müddətdə kadrlar uçotunun şəxsi vərəqəsini (nümunəyə baxın) tərtib edərək Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edə bilərlər.
Əlaqə: Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Dövlət
qulluğuna kadrların seçilməsi şöbəsi, (012) 465 87 93/94/97 (daxili – 119)
|