Vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən müsahibə başa çatdı
24.12.2009
2009-ci il 23 və 31 oktyabr tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə elan etmişdir. 23 oktyabr tarixdə elan edilmiş müsahibəyə 25 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 224, 31 oktyabr tarixdə elan edilmiş müsahibəyə isə 3 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 3 vakant dövlət qulluğu vəzifəsi çıxarılmışdır. Müsahibə üzrə sənədlərin qəbulu müvafiq olaraq 2009-cu il 11 və 19 noyabr tarixlərdə başa çatmış və 194 (42-si qadın, 152-si isə kişi) namizəd qeydə alınmışdır.
Namizədlərlə müsahibə 2009-cu il 20 noyabr tarixdə başlamış və 18 dekabr tarixdə başa çatmışdır. Qeydiyyatdan keçmiş 194 namizəddən 5-i müsahibədə iştirak etməmişdir. Müsahibədə iştirak edən 189 namizəddən 25-i qadın olmaqla 94-ü müsahibəni uğurla başa vurmuş və müvafiq vəzifələrə təyin olunmaq üçün dövlət orqanlarının rəhbərlərinə təqdim edilmişlər.
Müsahibənin yekununa görə aşağıdakı nəticələr əldə edilmişdir:
Müsahibəyə ən çox vakant vəzifə çıxaran dövlət qurumu - Əmlak Məsələləri Dövlət Komitəsi (227 vakant dövlət qulluğu vəzifəsindən 38-i (16.74%);
Ən çox namizədin qeydə alındığı dövlət orqanı - İqtisadi inkişaf Nazirliyi (ümumilikdə qeydə alınan 194 namizəddən 56-sı (28.87%);
Heç bir namizədin qeydə alınmadığı dövlət orqanları - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (müsabiqəyə 2 vakant vəzifə çıxarılmışdır), Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (müsabiqəyə 1 vakant vəzifə çıxarılmışdır), İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) (müsabiqəyə 1 vakant vəzifə çıxarılmışdır), Naftalan Şəhər Məhkəməsi (müsabiqəyə 1 vakant vəzifə çıxarılmışdır), Xızı Rayon Məhkəməsi (müsabiqəyə 1 vakant vəzifə çıxarılmışdır);
Ən çox namizədin uğur əldə etdiyi dövlət orqanı – İqtisadi inkişaf Nazirliyi (Nazirlik üzrə qeydiyyatdan keçmiş 56 namizəddən 35-i (62.50%);
Heç bir namizədin keçmədiyi dövlət orqanları – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (7 namizəd), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (1 namizəd) və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi (1 namizəd).
Müsahibənin nəticələrinə görə dövlət qulluğuna layiq bilinən namizədlərin dövlət orqanları üzrə statistik cədvəli
N
Dövlət orqanının adı
Vakansiya sayı
Namizəd sayı
Musahibə tarixləri
Vəzifəyə uyğundur
1
İqtisadi
İnkişaf Nazirliyi
20
56
01.12.2009‑11.12.2009
35
2
Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi
35
28
10.12.2009‑16.12.2009
13
3
Əmlak Məsələləri
Dövlət Komitəsi
38
24
01.12.2009‑04.12.2009
10
4
Təhsil Nazirliyi
10
7
24.11.2009‑25.11.2009
6
5
Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsi
6
7
25.11.2009‑26.11.2009
5
6
Gənclər və
İdman Nazirliyi
8
6
23.11.2009
4
7
Dövlət
Statistika Komitəsi
16
16
14.12.2009‑16.12.2009
4
8
Kənd Təsərrüfatı
Nazirliyi
11
6
24.11.2009
3
9
Dövlət
Sosial Müdafiə Fondu
16
16
07.12.2009‑09.12.2009
3
10
Nazirlər
Kabineti yanında "İçərişəhər"
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
3
2
14.12.2009‑18.12.2009
2
11
Əmlak Məsələləri
Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın
Dövlət Reyestri Xidməti
6
12
25.11.2009‑26.11.2009
2
12
Mədəniyyət
və Turizm Nazirliyi
1
1
14.12.2009
1
13
Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası
1
1
20.11.2009
1
14
Dövlət Dəniz
Administrasiyası
1
1
20.11.2009
1
15
Milli Arxiv İdarəsi
1
1
23.11.2009
1
16
Tarif (qiymət)
Şurasının Katibliyi
1
1
23.11.2009
1
17
Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsi
4
2
16.12.2009
1
18
Dövlət
Şəhərsalma və Arxitektura Komitəsi
21
3
24.11.2009
1
19
Kənd Təsərrüfatı
Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri
üzrə Dövlət Agentliyi
1
1
20.11.2009
-
20
Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsi
7
1
20.11.2009
-
21
Ekologiya və Təbii
Sərvətlər Nazirliyi
14
2
23.11.2009
-
22
Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsi
2
-
-
-
23
Kənd Təsərrüfatı
Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti