|
“İnsan kapitalı, dövlət, biznes” mövzusunda beynəlxalq konfrans keçirilmişdir |
|
|
|
26.11.2009 |
2009-cu il 25-26 noyabr tarixdə “HYATT Regency” otelinin Konfrans zalında Allianz Qroup şirkətinin təşkilatçılığı ilə “İnsan kapitalı, dövlət, biznes” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli “İnsan kapitalının inkişafı sahəsində dünyada cərəyan edən tendensiyalar” və “İnsan kapitalının inkişafı sahəsində dövlət siyasəti” mövzularında məruzə ilə çıxış etmişdir.
|