English
Əsas menyu
Ana səhifə
Komissiya haqqında
Qanunvericilik və digər aktlar
Dövlət qulluğuna qəbul
Qalib namizədlər
Ehtiyat kadrlar
Təhlillər
Etik davranış
Beynəlxalq əməkdaşlıq
Tədbirlər planları
Komissiyanın hesabatları
Dövlət sirri haqqında
Vakant vəzifələr
Elektron xidmətlər
Saytın xəritəsi
Vətəndaşlar üçün
Qəbul günləri
Təklifləriniz
Onlayn müraciət
Forum
Çox soruşulan suallar
Komissiya ilə əlaqə
Dövlətçiliyimiz
Azərbaycan Respublikası
İstiqlal Bəyannaməsi (28 may 1918)
Müstəqillik Aktı (18 oktyabr 1991)
Konstitusiya (12 noyabr 1995)
Sorğu
İşlədiyiniz qurumda qərarların qəbul edilməsində sahə mütəxəssisi kimi mülahizələriniz öyrənilirmi?
 
İşlədiyiniz qurumda işçilərin attestasiyası qanunvericiliyin tələblərinə uyğun olaraq aparılırmı?
 
Hər il əmək məzuniyyətindən istifadə edirsinizmi?
 
İşçinin təlim ehtiyaclarını kim müəyyən etməlidir?
 
Sorğuların arxivi
Sayğac (26.12.07 tarixdən)
İstifadəçilər: 2144536


 
Bakıda təlimlər keçirilir Print E-mail
24.11.2009
Bakıda təlimlər keçirilir 2009-cu il 23 noyabr tarixdən Ambassador otelinin Konfrans zalında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən yerli icra hakimiyyəti orqanları və mərkəzi icra hakimiyyəti orqanlarının yerli və regional bölmələri üçün təlimlərə başlanılmışdır.
Təlimlər Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 noyabr tarixli 1790 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında “Dövlət Qulluğu Sistemində İslahatların aparılması vasitəsilə Yaxşı İdarəçiliyin Təşkili: MİM 9-un (YADİDP-nin ilkin variantı 2006-2015) icrasına dair Layihə Sənədi”nə müvafiq olaraq təşkil edilmişdir.
Təlimə Bakı və Sumqayıt şəhər, Bakı şəhəri Binəqədi, Yasamal, Nərimanov, Nəsimi, Nizami, Səbail, Xətai, Qaradağ, Əzizbəyov, Sabunçu, Suraxanı rayonları və işğal altında olan Şuşa şəhər, Qubadlı və Zəngilan rayonlarının icra hakimiyyəti orqanlarında və mərkəzi icra hakimiyyəti orqanlarının qeyd olunan inzibati ərazi vahidləri üzrə yerli bölmələrində çalışan rəhbər vəzifəli şəxslər cəlb edilmişdir. Keçirilmiş təlimlərdə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları “Dövlət qulluqçularının etik davranış qaydaları”, “Müsahibənin keçirilmə qaydaları”, “Dövlət qulluqçularının vəzifə təlimatları”, “Kadrların idarə edilməsinə müasir yanaşma” mövzularında çıxışlar edəcək və dövlət qulluğu və kadr siyasəti sahəsində bir sıra digər mövzular ətrafında təlim iştirakçıları ilə fikir mübadiləsi aparacaqlar. Qeyd edək ki, bu təlim əvvəllər Gəncə, Tovuz, Şəki, Yevlax, Şamaxı, Quba, Masallı və Salyan şəhərlərində keçirilmiş silsilə təlimlərin davamıdır.
Təlim 2009-cu il 27 noyabr tarixədək davam edəcək.
 
 
Namizədlərin nəzərinə!
Yeni müsabiqə
Yeni müsahibə
Axtarış
Media və biz
Press relizlər
Komissiya KİV-in gözü ilə
Müsahibələr
Məqalələr
Audio və video reportajlar
Xəbərlərin arxivi
   
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2010 © Bütün hüquqlar qorunur.