English
Əsas menyu
Ana səhifə
Komissiya haqqında
Qanunvericilik və digər aktlar
Dövlət qulluğuna qəbul
Qalib namizədlər
Ehtiyat kadrlar
Təhlillər
Etik davranış
Beynəlxalq əməkdaşlıq
Tədbirlər planları
Komissiyanın hesabatları
Dövlət sirri haqqında
Vakant vəzifələr
Elektron xidmətlər
Saytın xəritəsi
Vətəndaşlar üçün
Qəbul günləri
Təklifləriniz
Onlayn müraciət
Forum
Çox soruşulan suallar
Komissiya ilə əlaqə
Dövlətçiliyimiz
Azərbaycan Respublikası
İstiqlal Bəyannaməsi (28 may 1918)
Müstəqillik Aktı (18 oktyabr 1991)
Konstitusiya (12 noyabr 1995)
Sorğu
İşlədiyiniz qurumda qərarların qəbul edilməsində sahə mütəxəssisi kimi mülahizələriniz öyrənilirmi?
 
İşlədiyiniz qurumda işçilərin attestasiyası qanunvericiliyin tələblərinə uyğun olaraq aparılırmı?
 
Hər il əmək məzuniyyətindən istifadə edirsinizmi?
 
İşçinin təlim ehtiyaclarını kim müəyyən etməlidir?
 
Sorğuların arxivi
Sayğac (26.12.07 tarixdən)
İstifadəçilər: 2144533


 
Komissiyada etik davranış qaydaları mövzusunda təlim keçirilmişdir Print E-mail
20.11.2009
“Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda təlim 2009-cu il 19 noyabr tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda təlim keçirilmişdir.
Təlim Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə üzrə verdiyi müvafiq tövsiyənin icrası ilə əlaqədar qəbul etdiyi Uyğunluq Hesabatına və Komissiya sədrinin 2008-ci il 29 dekabr tarixli 301 nömrəli əmri ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının (2007-2011-ci illər) Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada icrası ilə əlaqədar 2009 cu il üçün Tədbirlər Planı”na uyğun olaraq keçirilmişdir.
Təlimdə Komissiyada inzibati və yardımçı vəzifə tutan dövlət qulluqçuları iştirak etmişdir. Tədbirdə Komissiyanın Hüquq sektorunun müdiri Vüqar Əsgərovun mövzu ilə bağlı təqdimatı olmuşdur. Sonra “Dövlət qulluqçularının etik davranış prinsipləri”, “Dövlət qulluqçusunun xidməti davranışı”, “Rəhbər vəzifə tutan dövlət qulluqçularının xidməti davranışına əlavə tələblər”, “Etik davranış qaydalarının həyata keçirilməsinin təmin olunması” və s. mövzular ətrafında müzakirələr aparılmışdır.
 
 
Namizədlərin nəzərinə!
Yeni müsabiqə
Yeni müsahibə
Elanlar və məlumatlar
Axtarış
Media və biz
Press relizlər
Komissiya KİV-in gözü ilə
Müsahibələr
Məqalələr
Audio və video reportajlar
Xəbərlərin arxivi
Aktual keçidlər
Diqqət!!!
   
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2010 © Bütün hüquqlar qorunur.