English
Əsas menyu
Ana səhifə
Komissiya haqqında
Qanunvericilik və digər aktlar
Dövlət qulluğuna qəbul
Qalib namizədlər
Ehtiyat kadrlar
Təhlillər
Etik davranış
Beynəlxalq əməkdaşlıq
Tədbirlər planları
Komissiyanın hesabatları
Dövlət sirri haqqında
Vakant vəzifələr
Elektron xidmətlər
Saytın xəritəsi
Vətəndaşlar üçün
Qəbul günləri
Təklifləriniz
Onlayn müraciət
Forum
Çox soruşulan suallar
Komissiya ilə əlaqə
Dövlətçiliyimiz
Azərbaycan Respublikası
İstiqlal Bəyannaməsi (28 may 1918)
Müstəqillik Aktı (18 oktyabr 1991)
Konstitusiya (12 noyabr 1995)
Sorğu
İşlədiyiniz qurumda qərarların qəbul edilməsində sahə mütəxəssisi kimi mülahizələriniz öyrənilirmi?
 
İşlədiyiniz qurumda işçilərin attestasiyası qanunvericiliyin tələblərinə uyğun olaraq aparılırmı?
 
Hər il əmək məzuniyyətindən istifadə edirsinizmi?
 
İşçinin təlim ehtiyaclarını kim müəyyən etməlidir?
 
Sorğuların arxivi
Sayğac (26.12.07 tarixdən)
İstifadəçilər: 2144534


 
Yeni müsabiqə
04.02.2010
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edir
Müsabiqədə iştirak etmək üçün sənədlərin qəbulu 5 fevral 2010-cu il tarixdən 9 mart 2010-cu il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) tərəfindən aparılır. Sənədlər şəxsən (bazar ertəsi–cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər. Ətraflı buradan tanış ola bilərsiniz.
 
Yeni müsahibə
29.01.2010
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə elan edir.
Müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu 2010-cu il 29 yanvar tarixdən 2010-cu il 17 fevral tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) tərəfindən aparılır. Sənədlər şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər. Ətraflı buradan tanış ola bilərsiniz.
 
Komissiya imtahan nəzarətçisi və sənəd qəbulu üzrə mütəxəssis vəzifələrinə müddətli əmək müqaviləsi əsasında işə qəbul elan edir
19.01.2010
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya imtahan nəzarətçisisənəd qəbulu üzrə mütəxəssis vəzifələrinə müddətli əmək müqaviləsi əsasında işə qəbul elan edir.
Sənəd qəbulu 19 yanvar 2010-cu il tarixdən 29 yanvar 2010-cu il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) tərəfindən aparılır.
Ətraflı...
 
Komissiyanın 2009-cu il ərzində fəaliyyəti barədə hesabatı
07.01.2010
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2009-cu il ərzində fəaliyyətini başa vuraraq ilin yekunları barədə hesabatı təqdim edir. Hesabatla buradan tanış ola bilərsiniz.
 
“Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı məlumat
07.01.2010
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında (2007-2011-ci illər) nəzərdə tutulan tədbirlərin 2009-cu ilin son altı ayında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada icrası barədə məlumatı təqdim edir. Məlumatla buradan tanış ola bilərsiniz.
 
2009-cu il 6 mart tarixdə elan edilmiş müsabiqənin nəticələrinin ümumi təhlili
29.12.2009
2009-cu il 6 mart tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 29 dövlət orqanında inzibati vəzifələrin altıncı – doqquzuncu təsnifatlarına uyğun olan 663 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan etmişdir. Bu, Komissiya tərəfindən elan edilmiş sayca 6-cı müsabiqə olmuşdur. Müsabiqədə iştirak etmək üçün sənəd qəbulu 2009-cu il 9 aprel tarixdə başa çatmış və 2862 (652 qadın, 2210 kişi) namizəd qeydə alınmışdır. Ətraflı buradan tanış ola bilərsiniz.
 
Vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən müsahibə başa çatdı
24.12.2009
2009-ci il 23 və 31 oktyabr tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə elan etmişdir. 23 oktyabr tarixdə elan edilmiş müsahibəyə 25 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 224, 31 oktyabr tarixdə elan edilmiş müsahibəyə isə 3 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 3 vakant dövlət qulluğu vəzifəsi çıxarılmışdır. Müsahibə üzrə sənədlərin qəbulu müvafiq olaraq 2009-cu il 11 və 19 noyabr tarixlərdə başa çatmış və 194 (42-si qadın, 152-si isə kişi) namizəd qeydə alınmışdır. Namizədlərlə müsahibə 2009-cu il 20 noyabr tarixdə başlamış və 18 dekabr tarixdə başa çatmışdır. Qeydiyyatdan keçmiş 194 namizəddən 5-i müsahibədə iştirak etməmişdir. Müsahibədə iştirak edən 189 namizəddən 25-i qadın olmaqla 94-ü müsahibəni uğurla başa vurmuş və müvafiq vəzifələrə təyin olunmaq üçün dövlət orqanlarının rəhbərlərinə təqdim edilmişlər.
Ətraflı...
 
Türkiyə ilə Azərbaycan arasında dövlət qulluğu sahəsində “2010-2011-ci illər üçün Fəaliyyət Proqramı” imzalandı
21.12.2009
Türkiyə ilə Azərbaycan arasında dövlət qulluğu sahəsində “2010-2011-ci illər üçün Fəaliyyət Proqramı” imzalanma mərasimi 2009-ci il 20 dekabr tarixdə Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsinin rəhbəri Mehmet Tekinarslanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir. Nümayəndə heyətinə Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi rəhbərinin müavini Şaban Talaş və digər rəsmi şəxslər daxildirlər. Səfərdə məqsəd “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində əməkdaşlıq Protokolu” çərçivəsində hazırlanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2010-2011-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı”nı imzalamaq və Azərbaycan Respublikasının dövlət qulluğu sistemi ilə yaxından tanış olmaqdır.
Ətraflı...
 
<< Başlanğıc < Geriyə 1 2 3 4 5 6 7 8 9 10 İrəli > Son >>

Nəticələr 1 - 13 / 160
 
Namizədlərin nəzərinə!
Yeni müsabiqə
Yeni müsahibə
Elanlar və məlumatlar
Axtarış
Günün fotosu
1Koreya450.JPG
Media və biz
Press relizlər
Komissiya KİV-in gözü ilə
Müsahibələr
Məqalələr
Audio və video reportajlar
Xəbərlərin arxivi
Aktual keçidlər
Diqqət!!!
   
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2010 © Bütün hüquqlar qorunur.